IQNA

Los-Anceleslilər Trampın yeni fərmanı əleyhinə aksiya keçirəcəklər

10:58 - October 15, 2017
Xəbər sayı: 3482263
Amerika İslami Əlaqələr Şurasının himayədarları və digər oxşar və həmcəhət təşkilatların nümayəndələri bu gün Trampın yeni anti-miqrant fərmanının əleyhinə etiraz aksiyası keçirəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika İslami Əlaqələr Şurasının himayədarları və digər oxşar və həmcəhət təşkilatların nümayəndələri bu gün Trampın yeni anti-miqrant fərmanının əleyhinə etiraz aksiyası keçirəcəklər.

"Los Angeles Times" qəzetinin verdiyi məlumatda deyilir ki, "müsəlmanlara qadğa heç vaxt" kompaniyasının (#No MuslimBanEver) üzvü olan etirazçılar bu gün, bazar günü, günün ikinci yarısında Amerika-Yaponiya Milli Muzeyinin həyətində toplaşacaqlar.

Bu etiraz aksiyasının sonunda keçiriləcək toplantıda Trampın və Amerikanın tarix boyunca həyata keçirdiyi inhisarçı siyasətləri barədə çıxışlar olacaqdır. Çıxışlarda miqrantların bu ölkədən çıxarılması, miqrantlara qarşı müxtəlif məhdudiyyətlərin tətbiq edilməsi və ikinci dünya müharibəsində Yapon əsilli Amerika vətəndaşlarının həbs edilməsi və ölkədən qovulması kimi məsələlər müzakirə ediləcəkdir. Həmçinin Trampın miqrantları, xüsusilə də müsəlmanları əzmək üçün çıxardığı anti-miqrant qanunları tənqid olunacaqdır.

"Müsəlmanlara qadağa, heç vaxt" kompaniyasının rəhbərləri Trampın anti-miqrant fərmanını siyasi qanunların tapdalanması, ədalətsizlik və əxlaqsızlıq adlandırıblar.

http://www.iqna.ir/fa/news/3652737


Teqlər: iqna ، los anceles ، los angeles ، tramp
captcha