Dünya katoliklərinin 1. Papa Fransisk bəyaniyyə yayaraq istəyib ki, mühacirlərin yeni doğulmuş uşaqlarının məqsəd ölkədə qorunması və yerlilər ilə qarışması üçün onlara vətəndaşlıq verilsin.
İQNA-nın
(Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam
Respublikasının İtaliyadakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu İQNA ilə
müsahibəsində Papa Fransiskin miqrantların yeni doğulmuş uşaqlarına vətəndaşlıq
verilməsini tələb etdiyini xəbər verib.
Bu xəbərə görə,
dünya katolik xristianlarının rəhbəri 266. Roma papası və indiki Vatikan
hökmdarı 1. Papa Fransisk (Xorxe Mario Berqolyo) bəyaniyyə yayaraq istəyib ki,
mühacirlərin yeni doğulmuş uşaqlarının məqsəd ölkədə qorunması və yerlilər ilə
qarışması üçün onlara vətəndaşlıq verilsin.
Vatikan hökmdarı
1. Papa Fransisk vurğuladı: Bu böyük bir məsuliyyətdir. Kilsə istəyir ki,
mühacirlər barədə narahatçılığını və bu məsələyə qayğı və diqqətini hamıya
çatdırsın.
Papa
mühacirlərin kütləvi şəkildə sığındıqları ölkələrdən çıxarılmalarını tənqid
edərək əlavə etdi: Ən tez zamanda mühacirlərin və sığınacaq axtaran
miqrantların məqsəd ölkəyə girişi üçün vizaların verilməsi zəruridir. Onlara
məqsəd ölkəyə qanuni giriş üçün şərait yaradılmalıdır. Mühacirlərin ailələrinin
ailə başçılarına qovuşması üçün də qaydalar asanlaşmalı və sürətli tədbirlər
görülməlidir.