IQNA

"Ağ Əsa günü" münasibəti ilə;

Quran səsi; Zəhranın ruhunun zümzüməsi

9:45 - October 16, 2017
Xəbər sayı: 3482265
Zəhra görmə qüdrətini ititirsə də, həyatındakı uğurunu Allah kəlamı ilə düyünləmişdir, anadan olduğu zamandan Quran səsi ilə böyümüşdür, misirli qari Minşavinin tilavəti ilə Quranı hifz etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hər il Oktyabr ayının 15-də görmək qabiliyyətin olmayanlar və gözdən əlillər üçün "Ağ Əsa günü" mərasimi keçirilir.

Görmək nemətini itirənlərin arasında bacarıqlı və istedadlı insanlar da çoxdur. Onlar hiss etmə və eşitmə qüvvələrindən istifadə edərək bir çox uğurlara imza atırlar və elmi dərəcələrə çatırlar. Həm bu dünyanı və həm də öz daxili aləmlərini istedadlarının və şücaətlərinin nuru ilə işıqlandırırlar.

Azyaşlı xanım Zəhra Xəlili də belələrindəndir. O da həm öz kiçik dünyasını, həm mənəvi aləmini və həm də ətrafı öz istedad nuru ilə işıqlandırmışdır.

Zəhranın 11 yaşı var. Anadangəlmə olaraq görmək qüdrətini itirməsinə rəğmən bütün Quran-Kərimi əzbərləyə bilmişdir.

Zəhra Xəlili görmə qüdrətini ititirsə də, həyatındakı uğurunu Allah kəlamı ilə düyünləmişdir, anadan olduğu zamandan Quran səsi ilə böyümüşdür, misirli qari Minşavinin tilavəti ilə Quranı hifz etmişdir.

Zəhranın anası Fatimə Sübhi deyir ki, övladının Qurana bağlılığı buna görədir ki, Zəhra ana bətnində olarkən o, həmişə Quran tilavəti dinləyib.

Fatimə Sübhi deyir: Zəhraya hamilə olduğum dövrdə Quran-Kərimi əzbərləmək fikrinə düşdüm. Buna görə də daim Quranın tərtil ilə tilavətinə qulaq asırdım. Həmişə evdə Ustad Minşavinin səsi ilə Quran tilavəti dinləyirdim.

Zəhra anadan qüsurlu doğuldu, o işıqlı dünyanı görmürdü. Biz naümid və məyus olmadıq. Zəhranın 4 yaşı olanda ona Quranı öyrətməyə başladıq. Quranın kiçik surələrini sürətlə əzbərləməyə başladı. Çox diqqətlə dinləməyi bacarırdı. 15 surəni əzbərlədikdən sonra onu Şah Əbdüləzim ziyarətgahında Quran hifzi mərkəzinə qoyduq. Zəhra tez bir zamanda Quranın 30-cu cüzini, daha sonra isə 7 yaşınadək hər gün 2 səhifə əzbərləməklə bütün Quranı əzbərlədi.

Zəhra həm də "qəlbinur"lar (gözdən əlillər) üçün təsis edilmiş orta məktəbin 5-ci sinifində oxuyur.

Zəhranın tilavətlərinə qulaq asan beş yaşlı kiçik bacısı Əsma Xəlili də artıq Qurani-Kərimin bir cüzini əzbər bilir.

Qeyd edək ki, 11 yaşlı xanım Zəhra Xəlili İran İslam Respublikasının daxili Quran hifzi yarışlarında bir neçə dəfə uğur əldə edib.

http://www.iqna.ir/fa/news/3652943


captcha