IQNA

Strasburqda Avropanın ən böyük məscidi yenidən təmir edilir

10:05 - October 16, 2017
Xəbər sayı: 3482266
Fransanın Strasburq şəhərində "Sultan Əyyub məscidi" uzun illərdir ki, Avropanın ən böyük məscidi sayılır. Bu məscid Osmanlı imperiyası dövründə İslami memarlıq metodu ilə tikilmişdir.

İQNA-nın (Beynəxlalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın Strasburq şəhərində "Sultan Əyyub məscidi" uzun illərdir ki, Avropanın ən böyük məscidi sayılır. Bu məscid dini mərkəz və komleks olaraq Osmanlı imperiyası dövründə İslami memarlıq metodu ilə tikilmişdir.

Osmanlı dövrünün İslami memarlıq nümunəsi olan bu məscid müasir dövrün standartlarına uyğun olaraq dini mərkəz kimi yenidən tikilir.

Yeni tikiləcək məscidin ilk daşı və bünövrəsi dünən, keçən həftənin bazar günü, 15 Oktyabr 2017-ci il tarixində qoyuldu.

Məscid 6 hektarlıq ərazidə, bir dəfədə üç min nəfər namazqılan tutumu ilə tikiləcəkdir. Məscidin 28 günbəzi, 44 metrlik iki minarəsi, konfrans zalı, dərs otaqları, kitabxanası, restoranı, mağazası, 600 maşın tutumlu maşın və 260 velosepidlik velosepid parkı olacaqdır.

Məscid bundan öncə İGMG (Milli Görüş İslam Cəmiyyəti) tərəfindən1996-cı ildə təmir edilmişdi və 21 il təkcə ibadət ocağı kimi fəaliyyət göstərmişdi.

http://www.iqna.ir/fa/news/3652837


captcha