IQNA

Almaniyalı İslamşünas Quranın tərcüməsini toplayaraq çap etdi

11:22 - March 13, 2018
Xəbər sayı: 3482899
Hartmut Bobzin (Almaniyalı İslamşünas və “Orlangen-Nurenberq” universitetinin İslamşünaslıq ustadı) Fridreş Rukertrin Qurani-Kərim tərcüməsini toplayaraq 1995-ci ildə çap və nəşr etdi.

Almaniyalı İslamşünas Quranın tərcüməsini toplayaraq çap etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Avropada İslam Araşdırmaları” teleqram kanalına istinadla verdiyi xəbərə görə, Hartmut Bobzin (Almaniyalı İslamşünas və “Orlangen-Nurenberq” universitetinin İslamşünaslıq ustadı) Fridreş Rukertrin Qurani-Kərim tərcüməsini toplayaraq 1995-ci ildə çap və nəşr etdi.

Professor Hartmut Bobzin Almaniya və Avropda İslamşünaslıq araşdırmaları sahəsində ən aktivlərdən biri hesab edilir. O, İslam dini və müsəlmanlar barədə müxtəlif kitabların müəllifidir.

Bobzin öz araşdırmaları yönündə Fridreş Rukertrin Alman dilində yazdığı Qurani-Kərim müxtəlif nüsxələrdə pərakəndə qalmış tərcüməsini toplayaraq çap və nəşr etmişdir. Bunan 10 il sonra isə özü Qurana tərcümə yazaraq çap etdi.

Onun digər əsəri altı fəsildən ibarət “Məhəmməd” kitabıdır ki, tələbələr və İslamşünaslıq fakültəsinə maraqlı olanlar üçün yazmışdır. Bu kitabda İslam peyğəmbəri haqqında Qərb ölkələrində 7-ci əsrdən 19-cu əsrədək deyilən doğru və yanlışlar barədə məlumat vermişdir.

 http://iqna.ir/fa/news/3699315

Teqlər: iqna ، almaniya ، alman dili ، quran ، tərcümə
captcha