IQNA

Parisin "fəxri vətəndaş mükafatı" Bəhreynli aktivistə verilib

9:34 - June 19, 2018
Xəbər sayı: 3483342
Mükafatın verilməsi mərasimində Paris merinin müavini Patrik Klugman, bəhreynli siyasi aktivist Şeyx Meysəm Salman və həmçinin beynəlxalq insan haqları təşkilatının vitse-prezidenti iştirak ediblər.

Parisin İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,   dünən, həftənin birinci günü, 18 İyun 2018-ci il, Fransanın paytaxtı Paris şəhərinin "fəxri vətəndaş mükafatı" rəsmi mərasimdə bu ölkədə yaşamış insan haqları ativisti, bəhreynli mübariz və hazırda Bəhreynin diktator rejiminin həbsində olan Nəbil Rəcəbə verilib.

Mükafatın verilməsi mərasimində Paris merinin müavini Patrik Klugman, bəhreynli siyasi aktivist Şeyx Meysəm Salman və həmçinin beynəlxalq insan haqları təşkilatının vitse-prezidenti iştirak ediblər.

Mərasimdə deyilib ki, Rəvəb Nəbilə bu mükafatın verilməsi dünyada söz azadlığına basqı edilərək insanların həbsə salınmasına etiraz və bu addımı atanlara təzyiqdir. Biz bu addımla Rəcəb Nəbilin azadlığını tələb edirik.

Qeyd edək ki, Nəbil Rəcəb insan haqlarının müdafiəsi aktivisti və bəhreynli mübarizdir. O həm də Bəhreynin İnsan Haqları Mərkəzinin rəisi və Beynəlxalq İnsan Haqları Təşkilatının baş katibinin müavinidir. O, keçən il Bəhreyn məhkəməsi tərəfindən dövlət əleyhinə sosial şəbəkələrdə paylaşım etməsi bəhanəsi ilə beş il müddətində həbs edilib.   

http://iqna.ir/fa/news/3723433

captcha