IQNA

Qırğızıstanda "İslami diplomatiya və vəhdət" kursları

6:29 - June 24, 2018
Xəbər sayı: 3483367
Bu kurslarda İslami vəhdət, İranın İslami məfkurə əsasında siyasəti, İslami diplomatiya, İslami fəlsəfə, İslami ilahiyyat və iki ölkənin müştərək mədəniyyəti kimi mövzular tədris edildi.

Qırğızıstanda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qırğızıstanın beynəlxalq universiteti və İran İslam Respublikasının İslami Məzhəblər Universiteti müxtəlif mövzularda, o cümlədən "İslami diplomatiya və vəhdət" mövzusunda müştərək təlim kursları keçiriblər.

Yəhya Cahangiri - İran İslam Respublikasının İslami Məzhəblər Universitetinin beynəlxalq əlaqələr ofisinin baş direktoru və Qırğızıstanda keçirilən təlim kurslarının keçirilməsi məsulu, bu barədə dedi: Qırğızıstan cəmiyyətinin böyük əksəriyyətinin müsəlman və İranla müştərək mədəniyyətə malik olmasına baxmayaraq İranın bu ölkənin təhsil ocaqları ilə həmkarlıq etməməsi bais olmuşdur ki, tələbələr aktiv fəaliyyətdə olan vəhabilərin təsiri və nüfuzu altında düşsünlər.

O əlavə etdi: Bu il, İslami Məzhəblər Universitetinin rəisi Ayətullah Təsxirinin bu ölkəyə səfəri çərçivəsində Qırğızıstanın beynəlxalq universiteti və İran İslam Respublikasının İslami Məzhəblər Universitetinin arasındakı razılaşma uyğun olaraq müştərək təlim kursları keçirildi.

Yəhya Cahangiri vurğuladı: İki ölkənin universitetləri arasındakı razılaşmaya uyğun olaraq İngilis dilində keçirilən müştərək kurslarda ustadlar, doktorantura və magistr pillələrindən olan yüzdən çox tələbə işitak etdilər.

Bu kurslarda İslami vəhdət, İran İslam Respublikasının İslami məfkurə əsasında siyasəti, İslami diplomatiya, İranda sünni və şiə qardaşlığı, İslami fəlsəfə, İslami ilahiyyat və iki ölkənin müştərək mədəniyyəti kimi mövzular tədris edildi.

http://iqna.ir/fa/news/3724537

دوره آموزشی دانشگاه مذاهب اسلامی در قرقیزستان+عکس

دوره آموزشی دانشگاه مذاهب اسلامی در قرقیزستان+عکس

دوره آموزشی دانشگاه مذاهب اسلامی در قرقیزستان+عکس

دوره آموزشی دانشگاه مذاهب اسلامی در قرقیزستان+عکس

دوره آموزشی دانشگاه مذاهب اسلامی در قرقیزستان+عکس

captcha