IQNA

İsveçdə məscidin divarında bomba tapıldı

17:18 - September 24, 2018
Xəbər sayı: 3483932
Stokholm şəhərinin polisi bildirib ki, məscidin divarında bomba yerləşdirmiş adamların işi dövlət qanunlarının ziddinə və çox təhlükəlidir.

İsveçdə məscidin divarında bomba tapıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, keçən həftənin bazar günü, İsveçin paytaxtı Stokholm şəhərində bir məscidin divarında yerləşdirilmiş əldədüzəltmə bomba tapılıb.

Stokholm şəhərinin polisi bildirib ki, məscidin divarında bomba yerləşdirmiş adamların işi dövlət qanunlarının ziddinə və çox təhlükəlidir.

İsveçin İslami Birliyinin rəisi Məhəmməd Təmsəmani deyib: Bu ölkədəki məscidlrin əleyhinə deyilən təhdidlər əməli şəkildə həyata keçirilmək mərhələsinə çatmışdır. Biz öncədən şəhər polisindən istəmişdik ki, məscidlərin ətrafına kameralar yerləşdirsinlər. Amma onlar bizim təklifimizi qəbul etməmişdilər. Məscidlərin ətrafında kameraların qoyulması zəruridir. Belə olmazsa, onlarla insanın həyatı təhlükəyə düşəcəkdir.

http://iqna.ir/fa/news/3749424

Teqlər: stokholm ، məscid ، iqna
captcha