IQNA

Cümə namazının minarələrdən yayılması qadağası ləğv edildi

7:08 - December 11, 2018
Xəbər sayı: 3484321
İordaniyanın Vəqflər və Dini İşlər Nazirliyinin Cümə namazı və xütbələrinin məscidlərin minarələrindən səsucaldıcılar ilə yayılmasını qadağan edən qərarı ləğv edildi.

Cümə namazının minarələrdən yayılması qadağası ləğv edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın Vəqflər və Dini İşlər Nazirliyinin Cümə namazı və xütbələrinin məscidlərin minarələrindən səsucaldıcılar ilə yayılmasını qadağan edən qərarı ləğv edildi.

İordaniyanın baş naziri Ömər Rəzaz ölkənin vəqflər və dini işlər nazirliyinin bu qərarına qarşı çıxaraq Cümə namazı və xütbələrinin minarələrdən səsucaldıcılar ilə yayılmasının qadağan edilməsi qərarını ləğv etdi.

Baş nazirinin ofisinin verdiyi məlumata əsasən, Ömər Rəzaz sözü gedən qadağanı eşidən kimi bu işin nazirlər şurasının razılığı ilə olmadığını elan edərək qərarı ləğv elətdirib.

Qeyd edək ki, İordaniyanın vəqflər və dini işlər naziri Ədünnasir Əbulbəsəl məscidlərə bəyaniyyə göndərərək elan etmişdi ki, məscidlərin minarələrindən təkcə Azan verilməsi üçün istifadə edilsin. Namazlar müəyyən edilmiş vaxtlarda qılınsın və namazın qiraət səsi məsciddən xaricdə yayılmasın. Həmçinin məscidlərdə təşkil edilən İslami elmlərin tədrisi, Cümə namazlarının xütbələri minarələrdəki səsucaldıcılar vasitəsi ilə yayılmasın.   

http://iqna.ir/fa/news/3771083

Teqlər: İordaniya ، məscid ، minarə ، azan
captcha