İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi ABŞ dövlət katibinin sözlərinin Yəmənə qarşı təcavüzün Vaşinqtonun əmrilə edildiyini göstərdiyini bildirib.
Məhəmməd Əli Əl-Husi Twitter-dən paylaşdığı mesajında, Pompeonun sözlərinin ABŞ müdafiə nazirinin sözlərindən daha sərt olduğunu qeyd edərək, bu sözlərin onun Yəməndə sülhün əleyhinə olduğunu və böhranın davam etməsini istədiyini göstərdiyini qeyd edib.
ABŞ-ın dövlət katibi Mayk Pompeo BBC-yə verdiyi açıqlamasında, İranın Yəməndəki aclıq və dağıntılara görə məsuliyyət daşıdığını, Səudiyyə rejiminin isə bu təhlükələri azaltmaq üçün milyonlarla dollar xərclədiyini bildirmişdi.