IQNA

Tunisin Quran yarışları başa çatdı

8:14 - December 12, 2018
Xəbər sayı: 3484331
Tunisin Qurani-Kərimin hifzi, qiraəti, təfsiri və təcvidi üzrə 16-cı beynəlxalq yarışları həftənin birinci günü, 10 Dekabr 2018-ci il, başa çatdı.

Tunisin Quran yarışları başa çatdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Tunisin Qurani-Kərimin hifzi, qiraəti, təfsiri və təcvidi üzrə 16-cı beynəlxalq yarışları həftənin birinci günü, 10 Dekabr 2018-ci il, başa çatdı.

Tunisin məşhur alim, fəqih və qarilərindən olan "Əllamə ibn Ərəfə Vərğəmi" (1316-1400) adına keçirilən bu yarışlar Dekabr ayının 8-də başlamışdı.

Tunisin 16-cı beynəlxalq Qurani-Kərim yarışlarının yekun mərasimi və qaliblərin mükafatlandırılması sabah, həftənin Cüməaxşamı günü, 13 Dekabr 2018-ci il tarixində keçiriləcəkdir.

Qeyd edək ki, Qurani-Kərimin hifzi, qiraəit, təcvidi və təfsiri üzrə keçirilən bu yarışlarda İran, Tunis, Əlcəzayir, Mavtiraniya, Liviya, Misr, İordaniya, Ərəbistan, Sudan, Oman, Qətər, Küveyt, BƏƏ, Malaziya, İndoneziya, Livan, Fələstin, Rusiya, Bəhryen, İraq və digər ölkələr iştirak edirdi.

İran İslam Respublikasını bu yarışlarda Məhəmməd Həsən Müvəhhidi Qurani-Kərimin peşəkar qiraəti üzrə təmsil edirdi. İrandan bu yarışlara dəvət edilən digər iki nəfər isə (hakim və Quran hafizi) yarışlara qatıla bilməyiblər.   

http://iqna.ir/fa/news/3771628

Teqlər: quran ، tunis ، yarış ، hifz
captcha