IQNA

Yeni Zelandiyada televiziyadan Azan yayımlandı

23:25 - March 23, 2019
Xəbər sayı: 3484879
Terror hadisəsi törədilən məscidin camaat imamı Camal Fudə deyib: Sizin əzizlərinizin qanı ümid toxumlarını suladı. Onların qanı bahasına bütün dünya İslamın gözəlliyini və ümmətin birliyini gördü.

Yeni Zelandiyada televiziyadan Azan yayımlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü, 22 Mart 2019-cu il, Yeni Zelandiyanın bütün radio və televiziya kanalları keçən həftənin Cümə namazında Krayçörç şəhərind terror ediləm müsəlmanlara hörmət əlaməti olaraq bu həftənin Cümə azanını canlı yayıma buraxıblar.

Yeni Zelandiyanın radio və televiziyaları Azanın canlı yayımdan sonra isə terror qurbanlarını iki dəqiqəlik sükutla anıblar.

Bu münasibətlə hadisə yerində mərasim keçirilib. Mərasimdə Yeni Zelandiyanın baş naziri və minlərlə insan iştirak edib.

Terror hadisəsi törədilən məscidin camaat imamı Camal Fudə mərasimdə deyib: Sizin əzizlərinizin qanı ümid toxumlarını suladı. Onların qanı bahasına bütün dünya İslamın gözəlliyini və ümmətin birliyini gördü.

Yeni Zelandiyanın baş naziri İslam Peyğəmbərinin (s) hədisinə işarə edərək deyib: İman əhlinin dostluq və mehribanlıqda misalı insanın bədən üzvlərinin misalıdır. Əgər bədənin bir üzvü ağrıyarsa, digər üzvlər də narahat olurlar. Yeni Zelandiya müsəlmanların dərdi ilə dərdlidir. Biz hamımız bir bədənik.

http://iqna.ir/fa/news/3799371

 

Teqlər: iqna ، yeni zelandiya ، terror ، azan
captcha