IQNA

Misrin beynəlxalq Quran yarışları başladı

23:53 - March 23, 2019
Xəbər sayı: 3484881
Məhəmməd Muxtar Cümə elan edib: Bu yarışlarda dünyanın 60 ölkəsi iştirak edir. Bunlardan otuzunu Afrika ölkələri təşkil edib. Afrika ölkələrinin qalibləri üçün xüsusi mükafatlar nəzərdə tutulub.

Misrin beynəlxalq Quran yarışları başladı

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Şənbə günü, 23 Mart 2019-cu il, Misrin 26-cı Beynəlxalq Qurani-Kərim yarışları 60 ölkənin nümayəndəsinin iştirakı ilə günün ikinci yarısında öz işinə başlayıb.

Misrin 26-cı Beynəlxalq Qurani-Kərim yarışlarının açılış mərasimində ölkənin İslami Fondlar Naziri Məhəmməd Muxtar Cümə və Misrin baş müftisi Şövqi Əllam iştirak ediblər.

Məhəmməd Muxtar Cümə elan edib: Bu yarışlarda dünyanın 60 ölkəsi iştirak edir. Bunlardan otuzunu Afrika ölkələri təşkil edib. Afrika ölkələrinin qalibləri üçün xüsusi mükafatlar nəzərdə tutulub.

Misrin baş müftisi Şövqi Əllam açılış mərasimində çıxış edərək deyib: Misr İslam ölkələri arasında Qurani-Kərimin hifzi və tilavətinə əhəmiyyət verməkdə və Quran yarışlarının keçirilməsində parlaq keçmişə malikdir.

O əlavə edib: Misr Qurani-Kərimi dövlət siyasətinə və ana yasaya daxil edib. Və Quran elmlərini öz qariləri və alimləri vasitəsi ilə bütün İslami ölkələrə yayıb.

Qeyd edək ki, Misrin 26-cı beynəlxalq Quran yarışları bu ölkənin dünya şöhrətli qarisi Şeyx Məhmud Xəlil Hüsərinin adına keçirilir.

Bu yarışda iştirak edənlər Qurani-Kərim kamil hifzi, qiraəti və təfsiri üzrə bir həftə müddətində keçiriləcək yarışlarda rəqabət aparacaqlar.

http://iqna.ir/fa/news/3799521

captcha