IQNA

Seyid Həsən Nəsrullah:

Amerikanın İrana qarşı müharibə etməyə gücü yoxdur

8:04 - July 20, 2019
Xəbər sayı: 3485543
Amerika tərəfindən İran İslam Respublikası əleyhinə müharibə başladılarsa, bu müharibə böhranı bütün regionu bürüyəcək və Amerika bu böhranı yatırmağa və müharibəni dayandırmağa qadir olmayacaq.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah İran İslam Respublikasının İslam Şurası Məclisinin spikerinin xüsusi köməkçisi Əmir Abdullahianla görüşündə deyib: Əgər İran İslam Respublikası əleyhinə müharibə başlayarsa, bütün regiona bu müharibəyə qatılacaq və bu müharibənin sonu Amerikanın əlində olmayacaq.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm"ə istinadla verdiyi xəbərə görə, bu görüşdə Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah İran İslam Respublikasının, dövlət və millətinin və habelə Dünya Müsəlmanlarının Mənəvi Lideri və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin regionda və xüsusi ilə də Livanda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün qətiyyətli və təsirli dəstəklərinə təşəkkür edərək vurğulayıb: Ali Məqamlı Rəhbərin buyurduğu kimi, Amerika İran əleyhinə müharibə başlatmaq gücündə deyil. Ağ Ev bilir ki, İran əleyhinə müharibə başlayarsa, bütün regionu bu müharibə bürüyəcək və Amerika bu müharibəni dayandıra bilməyəcək.

Fələstin məsələsinə toxunan Seyid Həsən Nəsrullah, öz müqəddəratını müəyyən etməsi üçün Fələstində müsəlman, xristian və yəhudilərin iştirakı ilə referendum keçirilməsini təklif edən İranın təklifini müsbət qarşılayıb.

Seyid Həsən Nəsrullah, ABŞ-ın Əsrin müqaviləsi adlı planını sərt bir şəkildə tənqid edərək, belə deyib: “Yəhudilərlə heç bir problemimiz yoxdur, ancaq sionistlər bölgədəki korrupsiya və inamsızlığın mənbəyidir”.

Hizbullahın lideri, həmçinin hal-hazırda bu müqavimətin gücünün vəziyyətinin ən yaxşı səviyyədə olduğunu qeyd edib.

http://iqna.ir/fa/news/3828309

captcha