IQNA

İsrailin səfirlikləri Qüdsə köçürmək üçün yeni hiyləsi

9:07 - July 29, 2019
Xəbər sayı: 3485599
İşğalçı və terrorist sionist rejimi olan İsrail müxtəlif ölkələrə maddi köməklər "hədiyyə" etməklə, yəni əslində rüşvət verməklə, onları öz səfirliklərini Qüdsə köçürməyə təşviq etmək qərarına gəlib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı və terrorist sionist rejimi olan İsrail müxtəlif ölkələrə maddi köməklər "hədiyyə" etməklə, yəni əslində rüşvət verməklə, onları öz səfirliklərini Qüdsə köçürməyə təşviq etmək qərarına gəlib.

Dünən, həftənin Bazar günü, 28 İyul 2019-cu il, İsrailin xarici işlər naziri Yesrail Katez öz səfirliyini Qüdsə köçürəcək və ya açacaq hər ölkəyə milli, siyasi və strateji maraqların həyata keçirilməsi hədəfi ilə  50 milyon "yeni şekel" (İsrailin pul vadidi) verilməsini təklif edib.

Xatırladırıqı ki, bundan öncə Amerika prezidenti Donald Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi ilə razılaşmışdı.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş assambleyası 2017-ci ilin Dekabr ayının 21-də 128 müvafiq rəylə Trampın bu özbaşına addımının əleyhinə qətnamə verdi.

BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən Qüdsdəki hər bir dəyişikliyi qeyri-qanuni elan etdi və bütün ölkələrdən Qüdsdə diplomatik məkanlar açmamağı istədi.

http://iqna.ir/fa/news/3830624/

Teqlər: qüds ، israil ، iqna ، bmt ، paytaxt
captcha