IQNA

Bakıda "Vəhyin Kitabəti" hüsnxətt yarışı sərgisi keçiriləcək

9:57 - August 16, 2019
Xəbər sayı: 3485698
İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri İdarəsinin "Şəhriyar Mədəniyyət Evi"ndə təşkil etdiyi bu sərgi qarşıdan gələn mübarək Ğədir-Xum bayramı münasibəti ilə keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, həftənin Şənbə günü, 17 Avqust 2019-cu il, Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində "Vəhyin kitabəti" adlı hüsnxətt sərgisi keçiriləcək.

İran İslam Respublikası İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalının məlumatına görə, bu sərgi İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən təşəkil edilmişdir.

İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri İdarəsinin "Şəhriyar Mədəniyyət Evi"ndə təşkil edilmiş bu sərgi qarşıdan gələn mübarək Ğədir-Xum bayramı münasibəti ilə keçirilir.

Sərgidə iranlı hüsnxətt ustadı Əli Əbdülhüseynzadənin Quran və hədislərin təlfiqi kitabəti ilə ərsəyə gətirdiyi hüsnxətt əsərləri nümayiş olunacaq.

Bu sərigdə İranda ilk dəfə heç bir texnologiyadan istifadə edilmədən "süls" xətti ilə yazılmış Qurani-Kərimin və Səhifətus-Səccadiyyə kitabının da hüsnxətt nüsxələri sərgilənəcək.

Sərgi İran və İslam incəsənəti və mədəniyyətinin genişləndirilməsi və yayılması hədəfi ilə keçirilir.  

http://iqna.ir/fa/news/3834946

Teqlər: iqna ، vəhy ، hüsnxətt ، süls xətti ، sərgi ، bakı ، şəhriyar
captcha