IQNA

İraqda yeniyetmələrin komanda Quran yarışları keçirilib – Foto

22:03 - August 23, 2019
Xəbər sayı: 3485730
Üç mərhələdə keçirilən təqlidlə qiraət, təfsiri məfhumların izahı və Quran barədə ümumu məlumatlar üzrə yarışlarda iştirakçılar İraqi və Misri metodları ilə tilavət ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yeniyetmə və cavanlar üçün komanda Qurani-Kərim yarışları keçirilib.

Bu yarış iştirakçıları İraqın "Əmirul-Qürra" (qarilərin əmiri) milli Quran yarışlarının finalistləri arasından seçiliblər.

Komanda Qurani-Kərim yarışlarında hər biri beş nəfərdən ibarət olan səkkiz qrup iştirak edib.

Üç mərhələdə keçirilən təqlidlə qiraət, təfsiri məfhumların izahı və Quran barədə ümumu məlumatlar üzrə yarışlarda iştirakçılar İraqi və Misri metodları ilə tilavət ediblər.

Qeyd edək ki, İraqın "Əmirul-Qürra" milli Quran yarışları hər il yay fəslində ölkənin müxtəlif regionlarındakı Quran sahəsində parlaq istedadların tanınması və yetişdirilməsi hədəfi ilə Həzrət Abbasın (ə) hərəminin Quran araşdırmaları mərkəzi tərəfindən həyata keçirilir.  

http://iqna.ir/fa/news/3836841

captcha