IQNA

Liviyada 102 Quran hafizi mükafatlandırıldı – Foto

19:13 - August 24, 2019
Xəbər sayı: 3485737
Liviyanın Zliten şəhərində yerləşən "əz-Zaviyyətil-Əsməriyyə" dini elmi hövzəsində Quran hafizi olan 102 nəfər qız və oğlan mükafatlandırılıb.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviyanın Zliten şəhərində yerləşən "əz-Zaviyyətil-Əsməriyyə" dini elmi hövzəsində Quran hafizi olan 102 nəfər qız və oğlan mükafatlandırılıb.  

"əz-Zaviyyətil-Əsməriyyə" dini elmi hövzəsinin elmi işlər üzrə müavini Muxtar ibn Aşur bu barədə deyib: Mədrəsənin 35 qız və 67 oğlan Quran hafizi dünən, həftənin Cümə günü, 23 Avqust 2019-cu il, mükafatlandırıldı.  

O əlavə edib: Hazırda bu mədrəsədə 3 min nəfər oğlan və 1900 nəfər Quran hifzini öyrənir. Onların dərsləri Sübh namazında başlayır və İşa namazınadək davam edir.

Muxtar ibn Aşur vurğulayıb: Liviyanın müxtəlif bölgələrindən əlavə bu mədrəsədə müxtəlif Ərəb, Asiya və Afrika ölkələrindən, habelə Rusiya və Britaniyadan da tələbələr təhsil alır.

Qeyd edək ki, bu mədrəsə 528 il öncə (1491-ci il) Şeyx Əbdüssəlam əl-Əsmər tərəfindən təsis edilib. Təsis edildiyi vaxtdan Quran hifzi və dini təlimlərin tədrisi mərkəzinə çevirilib. Dünyanın bir çox məşhur Qariləri və din alimləri bu mədrəsənin məzunudur.

http://iqna.ir/fa/news/3837011/


 
تجلیل از 100 حافظ کل قرآن در لیبی 
 
تجلیل از 100 حافظ کل قرآن در لیبی 
 
تجلیل از 100 حافظ کل قرآن در لیبی 
captcha