IQNA

Qərb sahillərində Fələstinlilərin evlərini dağıtdılar

0:09 - September 17, 2019
Xəbər sayı: 3485826
İordaniyanın qərb sahillərinin cənubunda yerləşən Fələstinlilərin evləri sionist İsrail rejiminin muzdurları tərəfindən tikinti icazəsi olmaması bəhanəsi ilə dağıdılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın qərb sahillərinin cənubunda yerləşən Fələstinlilərin evləri sionist İsrail rejiminin muzdurları tərəfindən tikinti icazəsi olmaması bəhanəsi ilə dağıdılıb.

Yerli sakinlər və insan haqları aktivisti olan İbrahim Əvəzin verdiyi məlumata əsasən, sionist rejiminin muzdurları bu gün, 16 Sentyabr 2019-cu il, Beytləhmin qərbində yerləşən "əl-Vəlicə" qəsəbəsinə hücum ediblər.

Sionistlər həmin qəsəbədə bir evi, bir istixana və bir küçəni "icazəsiz tikinti" bəhanəsi ilə dağıdaraq məhv ediblər.

Fələstinli insan hüquqları aktivistləri beynəlxalq cəmiyyətlərdən Fələstinlilərin sionistlər tərəfindən evlərinin dağıdılmasının qarşısını almasını tələb ediblər.

http://iqna.ir/fa/news/3842637

captcha