IQNA

Mandelladan sonra Cənubi Afrikada İslam yüksəlib

10:15 - March 03, 2019
Xəbər sayı: 3484785
Bu ölkədə xristianlar 79.8, müsəlmanlar 1.5, hindular 1.2, qədim dini ayinlər 0.3, yəhudilik 0.2, məzhəbsizlik 15.1, digər dinlər 0.6 və dini və məzhəbi məlum olmayanlar 1.4 faiz təşkil edir.

Mandelladan sonra Cənubi Afrikada İslam yüksəlibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müasir dövrdə dünyanın müxtəlif yerlərində tədqiqat müəssisələri və mədəniyyət mərkəzlərində müxtəlif ölkələrin əhalisinin İslam dini ilə tanışlığının səviyyəsi araşdırılır.

Bu araşdırmalar əsasında əldə edilən məlumata görə Afrikanın cəbununda, Hind və Atlantik okeanları arasında yerləşən Cənubi Afrika respublikası çoxdinli və çoxməzhəbli ölkələrdən biridir.

2001-ci ilin rəsmi hesabatına görə, bu ölkədə xristianlar 79.8, müsəlmanlar 1.5, hindular 1.2, qədim Afrika ayinləri 0.3, yəhudilik 0.2, məzhəbsizlik 15.1, digər dinlər 0.6 və dini və məzhəbi məlum olmayanlar 1.4 faiz təşkil edir.

ارتقای اسلام در آفریقا پس از قدرت‌یابی «نلسون ماندلا»

Pretoria şəhərində universitet ustadı Manirac Sukdaven Cəbubi Afrikanın dini və məzhəbi vəziyyəti barədə İQNA-ya müsahibə verərək deyib: Nelson Mandella Cənubi Afrikada siyasi gücü ələ aldıqdan sonra İslam və müsəlmanların vəziyyəti yaxşılaşdı, müsəlmanlar cəmiyyətdə özlərinə nisbətən yaxşı yer aça bildilər.

ارتقای اسلام در آفریقا پس از قدرت‌یابی «نلسون ماندلا»

Manirac Sukdaven Cənubi Afrikada İslami araşdırmalar barədə sula cavab olaraq əlavə edib: Cənubi Afrikada İslami araşdırmalar ilə məşğul olan xüsusi bir müəssisə yoxdur. Habelə mövcud elm ocaqlarında da bu barədə xüsusi bir şöbə yaradılmayıb. Amma bütün dinlər barədə müxtəlif ümumi araşdırmalar aparılır. Bu araşdırmalar çərçivəsində tələbələr üçün İslam dini ilə də ilkin tanışlıq yaranır. Bu tanışlıq zimnində isə Şiə məzhəbi barədə də müsəlmalar arasında mövcud məzhəblərdən biri kimi danışılır.  

O vurğulayıb: Cənubi Afrika universitetlərində İlahiyyat institutları var. Amma bu institutların hədəfi Xristian dininin əsaslarını, "əhdi-ətiq" kitabını, tarix və mədəniyyətini araşdırmaq və öyrətməkdir.

ارتقای اسلام در آفریقا پس از قدرت‌یابی «نلسون ماندلا»

Manirac Sukdaven ölkədə müsəlmaların vəziyyəti ilə bağlı sualı cavablandıraraq vurğulayıb: Nelson Mandella hakimiyyəti ələ aldıqdan və sekulyar idarəetmə qanunlarını icra etdikdən sonra bütün dinlərin tərəfdarları azadlıq əldə etdilər və müsəlmanlar da bu cəmiyyətdəki dinlər arasında özlərini yerlərini tutdular. Onların dövlətin siyasi, mədəni və iqtisadi məsələlərində təsirə malikdirlər.

ارتقای اسلام در آفریقا پس از قدرت‌یابی «نلسون ماندلا»

Sukdaven ölkədə müsəlmanların dini ədəbiyyatı ilə bağlı sualı belə cavanladırıb: Təhsil ocaqlarında İslam dini mövzusunda xüsusi kitablar çap və nəşr edilmir. Amma digər araşdırmaların arasında mövzuya münasib olan məqamlarda İslam dini barədə tanışlıq verilir. Habelə universitetlərin jurnallarında müxtəlif elm adamlarının, o cümlədən İranlı ustadların İslam dini barədə məqalələri çap və nəşr edilir.           

http://iqna.ir/fa/news/3793133

captcha