IQNA

Həzrət Zeynəbin (s.ə) hərəmi yenidən zəvarların üzünə açıldı

23:32 - May 29, 2020
Xəbər sayı: 3487306
Tehran (IQNA) - Ali Dini Rəhbər Həzrət Ayətullah Üzma Xamenei cənablarının Suriyanın Dəməşq şəhərindəki nümayəndəliyi Həzrəti Zeynəb (ə) ziyarətgahının cümə axşamı səhər açılacağını açıqlamışdı.

Suriyada koronavirusun yayılmasına nəzarət etmək üçün 72 gün əvvəl bağlanmış Dəməşqdəki Həzrət Zeynəbin (s.ə) müqəddəs ziyarətgahının qapıları bu gün (28 may) səhər yenidən zəvarların üzünə açılıb.

Ali Dini Rəhbərin Suriyadakı nümayəndəliyi Həzrəti Zeynəb (ə) ziyarətgahının cümə axşamı səhər açılacağını açıqlamışdı.

İmam Əlinin (ə) qızı Həzrət Zeynəbi Kübranın (ə.s) müqəddəs ziyarətgahının yenidən açılması, Suriya Vəqflər Nazirliyinin, bu ölkədə məscidlərin və dini yerlərin sağlamlıq protokollarına uyğun olaraq yenidən açılacağı ilə bağlı qərarından sonra baş verib.

Açıqlamaya görə, müqəddəs ziyarətgahın məscid hissəsində camaat namazları da qılınacaq.

3901722

بازگشایی حرم حضرت زینب(س) + عکس

بازگشایی حرم حضرت زینب(س) + عکس

بازگشایی حرم حضرت زینب(س) + عکس

captcha