IQNA

İngiltərədə "İmam Xomeyni (r.ə) irsi" seminarı keçiriləcək

8:38 - June 01, 2020
Xəbər sayı: 3487319
Tehran (IQNA) -  Sabah, 12 Xordad (2 İyun) böyük İslam İnqilabının qurucusu və rəhbəri Həzrət İmam Xomyeninin vəfatının ildönümüdür.

Bu münasibətlə dünyada İran İslam İnqilabı Rəhbərinin xatirəsinin anılması və onun əzəmətli məqamının yad edilməsi üçün virtual mərasim təşkil edilməkdədir.

Bu mərasimlərdən biri də İngiltərənin paytaxtı London şəhərinin İslam Mərkəzində keçiriləcək "İmam Xomeyninin irsi" adlı virtual seminardır.

Bu virtual seminar London vaxtı ilə İyun ayının 3-də, saat 19:00-da başlayacaq.

Seminarda İmam Xomeyninin həyatı və o dənəmdə baş vermiş tarixi hadisələr barədə sənədli film göstəriləcək. Qərb araşdırmaçılarının İmam Xomeyninin şəxsiyyəti barədə fikirləri səsləndiriləcək.

Həmçinin İslam Mərkəzinin rəisi Seyid Haşim Musəvi və Bəhreynli inqilabçı mübariz və siyasi aktivist Səid Şəhabi çıxış edəcəklər.  

Virtual seminar sosial şəbəkələr, o cümlədən İngiltərə İslam Mərkəzinin "facebook", "yotube", "Əhli-Beyt tv" və "Hidayət tv" kanallarından yayımlanacaq.  

3902162

captcha