IQNA

"Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya" kitabının təqdimatı mərasimi keçirildi

9:03 - July 07, 2020
Xəbər sayı: 3487572
Tehran (IQNA) - İranın Tehran universitetinin müəlliməsinin qələmə aldığı "Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya" kitabının təqdimatı mərasimi ötən gün İQNA-da keçirildi.

"Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya: İslami müqavimətin gücü ilə qarşılaşma metodu" (Political Islamophobia at American Institutes: Battling the Power of Islamic Resistance) adlı bu kitabı İranın Tehran univesitetinin ustadı Həkimə Səqqayi Biriya təlif edib.

Kitabda Amerika düşüncə mərkəzlərinin bu ölkənin daxili və xarici siyasətində islamofobiyanı necə yaymaları və genişləndirmələrinə aydınlıq gətirilib.  

Londonun İslami İnsan Haqları Komissiyasının nəşriyyatı tərəfindən 210 səhifədə çap və nəşr edilən bu kitabın təqdimat mərasimi ötən gün, 6 iyul 2020-ci il, Tehran vaxtı ilə səhər saat 10:00-da İQNA-nın toplantı salonunda təşkil edilib.

Qeyd edək ki, kitabın müəllifi Həkimə Səqqayi Biriya Tehran universitetinin İslami Təfəkkür və Maarif institutunun İslam İnqilabı, İslam sivilizasiyası və tarixi fakültəsinin ustadıdır.

Vaşinqtonun " Wayne State University"nin dünyanın siyasi məsələləri üzrə araşdırmaçı ustadı Səid Xan və həmçinin Londonun İslami İnsan Haqları Komissiyasının rəisi Məsud Şəcərə videokonfrans ilə kitabın təqdimat mərasimində iştirak ediblər. /3908966

کتاب «اسلام‌هراسی سیاسی در اندیشکده‌های آمریکایی» رونمایی شد

کتاب «اسلام‌هراسی سیاسی در اندیشکده‌های آمریکایی» رونمایی شد

 

captcha