IQNA

 Misrin "İxvanul-Müslimin" təşkilatının rəhbərinə ömürlük həbs cəzası verildi

11:10 - July 10, 2020
Xəbər sayı: 3487590
Tehran (IQNA) - Misrin apelyasiya məhkəməsi ötən gün (Cüməaxşamı günü, 9 İyul 2020) "İxvanul-Müslimin" təşkilatının rəhbərinə və digər iki üzvünə ömürlük həbs cəzası verilməsini təsdiq etdi.

Misrin "İxvanul-Müslimin" təşkilatının rəhbəri Məhəmməd Bədii müxtəlif illərdəki müxtəlif hadislərə görə, o cümlədən 1996-97-ci illərdəki "İrşad ofisi", "İsmailiyyə" hadisələri və üç vətəndaşın qətlinə görə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.

2013-cü ilin İyun ayının 3-də ƏbdülFəttah Sisinin rəhbərliyi ilə hərbiçilərin dövlət çevirilişi edib hakimiyyəti ələ almasından sonra Misrin müxtəlif məhkəmələri "İxvanul-Müslimin" təşkilatının  yüzlərlə üzvünü edam və ya ömürlük həbsə məhkum edib. /3909625

captcha