IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Apa-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 24 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8 642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 878, ötən müddət ərzində isə ümumilikdə 568 234 test aparılıb.