IQNA

Srebrenitsada müsəlmanların qətliam edilməsinin 25-ci ildönümü

1995-ci il İyul ayının 11-də Yuqoslaviya müharibəsi zamanı general Ratko Mladiçin əmrindəki ağır silhlarla təchiz edilmiş Bosniya-Serb ordusu 8300-dən çox müsəlman kişi, qadın və uşağı qətlə yetirdi.

Müsəlman əhalinin əksəriyyət təşkil etdiyi və serb zülmünə qarşı qeyri-kafi imkanlarla etiraz etməyə çalışan Srebrenitsanın Tanjarz Çölündə tam 11 000 adamı əsir alan qrup Mladiçin əmriylə əsirləri öldürməyə başlayır. Tam 5 gün davam edən qırğında 8300 adam öldürülür, qalan 2700 adam sərbəst buraxılır. Öldürülən bu 8300 adamın cəsədləri parçalanıb skeletləri çıxartdırılır və bu cəsədlər krematoryumda yandırıldıqdan sonra Haaqa qəbiristanlığında basdırılır. /3909911