IQNA

Qurandakı müqəttəə hərflərinin əsas iki mənası var

10:13 - September 13, 2021
Xəbər sayı: 3490729
Bu hərflərin nə üçün belə nazil olduğu və nə üçün surələrin əvvəlində gəldiyi və həmçinin nə məna daşıması barədə Həzrət Peyğəmbərdən (s) aydın şəkildə heç bir hədis və təfsir yoxdur

Qurandakı müqəttəə hərflərinin əsas iki mənası varIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qum Ali Dini Elmi Hövzəsinin mühazirəçi ustadı Höccətul-İslam vəl-müslimin Seyid Əhməd Xatəmi  ötən həftənin Şənbə günü (11 Sentyabr 2021) "Hicr" surəsinin təfsiri dərsində Qurani-Kərimdə bəzi surələrin əvvəlində gələn "müqəttəə" hərfləri barədə açıqlama verib.

O, "müqəttəə" hərflər barədə bəzi hədislərə işarə edərək deyib: Qurani-Kərimin bəzi surələrinin əvvəlində gələn, lakin oxunmayan bu hərflər barədə iki əsas rəy var: Birincisi budur ki, bu hərlərin açıq və aydın bir mənası yoxdur. İkinci rəy isə budur ki, bu hərflərin xüsusi bir mənası var, amma bu məna bizim üçün aydın deyil.

Qurani-Kərimin 29 surəsinin başlanğıcında "müqəttəə" hərflər var ki, bu həflər tək-tək oxunur.

Bu hərflərin nə üçün belə nazil olduğu və nə üçün surələrin əvvəlində gəldiyi və həmçinin nə məna daşıması barədə Həzrət Peyğəmbərdən (s) aydın şəkildə heç bir hədis və təfsir yoxdur. Amma İmam Əli (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və İmam Rzadan (ə) bu barədə bir sıra hədislər rəvayət edilmişdir.

Təfsir alimləri də bu hərflərə çatanda hədis, lüğət və digər dini ədəbiyyat kitablarına istinadən bu barədə geniş bəhslər açıblar. Məsələn, Ayətullah Həsənzadə Amuli bu barədə "Keyhane əndişe" jurnalının 54-cü sayında 37-ci səhifədən 56-cı səhifəyədək yazmışdır.

Bundan əlavə şərqşünasların da "müqəttəə" hərfləri barədə maraqlı fikirləri var.

Qeyd etdiyim kimi bu hərflərin barəsində iki əsas rəy var: Birincisi budur ki, bu hərlərin açıq və aydın bir mənası yoxdur. Həm əhli-sünnə və həm də şiə alimləri arasında bu fikrin tərəfdarları var.

Məcməul-Bəyan təfsirində İmam Əlidən (ə) rəvayət edilən hədisdə deyir ki, "hər kitabın xüsusi və seçilmiş bir hissəsi var, Quranında xüsusi hissəsi onun "müqəttəə" hərfləridir". Amma bu hərflərin mənsaı nədir, məlum deyil.

Bu fikrin iradə budur ki, Allah-Taala insanların başa düşə bilməyəcəyi bir şeyi nə üçün nazil edib? Bir haldakı buyurur:

      «وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ»

"Biz Quranı zikr (öyüd, nəsihət, ibrət) üçün asan etdik, varmı bir ibrət və dərs alan?".

Ümumiyyətlə nə üçün səhabələr bu barədə Peyğəmbərdən (s) bir şey soruşmayıblar ki, O həzrət də desin ki, bu hərflər İlahi sirdir. Halbuki nüzul əsrinin insanların bundan daha asan və hətta gərəksiz şeyləri Peyğəmbərdən (s) soruşublar.

İmam Əlinin (ə) kəlamından da bu çıxır ki, bu seçilmiş hərflərin xüsusi bir mənası vardır. Amma bunu xüsusi şəxslər başa düşürlər, mütəşabih ayələrdə olduğu kimi.       

İkinci rəy isə budur ki, bu hərflərin xüsusi bir mənası var, amma bu məna bizim üçün aydın deyil. Yəni bu hərflər Allahla peyğəmbəri arasında sirdir və rəmzdir. Allah bunu digər bəndələrindən gizləmişdir. Bu hərflərin mənası təkcə Peyğəmbər və Əhli-Beytdən olan imamlar başa düşürlər.

Əllamə Təbatəbayi də "əl-Mizan" təfsirinin 3-cü (s.24-27) və 18-ci (s.3) cildlərində vurğulayır ki, bu hərflərin xüsusi bir mənası var, rəmzdir, təvil olunandır, amma söz olaraq heç bir aydın mənası yoxdur.

İmam Sadiqdən (ə) bir hədisdə deyilir ki, "əlif-lam-mim" Allah və rəsulunun arasında xüsusi bir işarədir ki, düşmənlər başa düşməsin deyə hərflər şəkilində gəlib. / iqna

Teqlər: təfsir ، əl-mizan ، Xatəmi ، quran ، müqəttəə
captcha