IQNA

Müsəlman bacı-qardaş yüzlərlə insanı aclıqdan xilas edir

16:23 - September 24, 2021
Xəbər sayı: 3490803
Bacı və qardaş qısa müddətdə mühüm məbləğdə pul toplayıblar. Onların səyləri nəticəsində pandemiyaya görə özlərini ərzaqla təmin edə bilməyən çox sayda insana yardım edilib.

Bacı və qardaş olan Şəhidə Rəhman və Kali Kərim pandemiya səbəbi ilə çətinliklərlə üzləşmiş insanlara yardım etmək qərarına gəliblər.

Kembricdə yaşayan Şəhidə və Kali yerli məscid, etnik icmalar forumu (CECF) və məşhur “Mill Road Al-Amin” ərzaq mağazasının sahibi Abdulla Kvayyum ilə əməkdaşlıq çərçivəsində COVID-19-a qarşı Kembric müsəlmanlarının cavabını təşkil ediblər.

Bacı və qardaş qısa müddətdə mühüm məbləğdə pul toplayıblar. Onların səyləri nəticəsində pandemiyaya görə özlərini ərzaqla təmin edə bilməyən çox sayda insana yardım edilib.

Daha sonra isə Şəhidə və Kali öz təşəbbüslərini “Karim Foundation” adlı xeyriyyə təşkilatına çeviriblər. Bu fond onların mərhum atalarının adını daşıyır.

“Bəzi etnik qrupların nümayəndələri istəmədiklərinə və ya utandıqlarına görə ərzaq bankına müraciət etmirlər, üstəllik bir çox insan sükut içərisində əziyyət çəkir”, – deyə bacı və qardaş bildiriblər.

Sentyabr ayında 1 ili famam olan fond 450 insana yardım etməkdədir və onları ərzaq, yanacaq, yorğan, isidici və dərmanlarla təmin etməkdədir. / Şəfəqna

captcha