IQNA

Həzrət İbrahimin (ə) məqbərəsi həyasızcasına təhqir edilib

14:40 - October 04, 2022
Xəbər sayı: 3493023
Yüzlərlə sionist mühacir Həzrət İbrahimin (ə) məqbərəsinin həyətlərinə daxil olaraq bu müqəddəs məkana hörmətsizlik ediblər. Onlar musiqi və rəqslərlə fələstinlilərin qəzəbinə səbəb olublar.

"İQNA", "Rusiya Əl-yəvm"-ə istinadən xəbər verir ki, yüzlərlə sionist mühacir dünən gecə saat 10-da yəhudilərin bayramları bəhanəsi ilə Həzrət İbrahimin (ə) məqbərəsinin həyətlərinə qanunsuz daxil olaraq bu müqəddəs məkana hörmətsizlik ediblər.

Sionist köçkünlərin bir qrupu musiqi alətləri ilə İbrahim məscidinə daxil oldular. Onlar müxtəlif musiqilər ifa ediblər və bəzi insanlar rəqs ediblər.

Sionist köçkünlərin başqa bir qrupu da Talmud ayinlərini icra edib.

Sionist rejimin hakimiyyət orqanları ötən həftənin bazar günündən etibarən yəhudilərin bayramlarını bəhanə edərək Həzrət İbrahimin (ə) hərəmini bağlayıblar.

Məscidül-Əqsa da ötən həftə yəhudilərin bayramlarının başlaması ilə eyni vaxtda sionist mühacirlər tərəfindən davamlı olaraq hücuma məruz qalıb.

4089413

captcha