Ayətullah Üzma Xameneinin dəftərxanası:
ictimai şöbə: Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin dəftərxanası fitrənin miqdarını elan edib.
2015 Jul 16 , 13:44
Siyasi şöbə: İran İslam Respublikası prezidenti Dr. Həsən Ruhani bir ismarıcda Küveytin əmrinə başsağlığı verərək, İmam Sadiq (ə) məscidinə edilən hücumu məhkum etdi və vurğuladı: Təkfirçi qruplaşmaların Allah evində və İlahi ziyafət ayında terror tötərtmələrinin anti-İslam hədəfləri vardır. Onlar İslamı bədnam etmək, müsəlmanlar arasında təfriqə salmaq və qardaş qırğını yaratmaq istəyirlər.
2015 Jun 29 , 10:45
"İranın məşrutə tarixi" kitabı bu hadisə haqqında ən dəqiq rəvayətdir
İQNA: "İranın məşrutə tarixi" və "Azərbaycanın 18 illik tarixi" kitabları "məşrutə" hadisəsinin eniş və yoxuş dolu yolları haqqında və məşrutə dövründən ən dəqiq rəvayətləri danışan kitablardır. Bu iki kitabın müəllifi terror edilərək öldürülmüş mərhum Əhməd Kəsrəvidir.
2015 Jun 25 , 09:56
İQNA - (Tehran): "Pərvərdigara! Ağlayıb-sızlayaraq Səndən İmam Zamanın kəramətli dövlətini zühura yetirməyini, onun zühuru ilə İslama və ümmətinə izzət əta qılmağını, nifaq və nifaq əhlini zəlil etməyini istəyirik. Bizi həmin haqq dövlətdə ona tərəf dəvət edənlərdən və hidayət yolunun rəhbərlərindən qərar ver. Onun vasitəsilə bizlərə dünya və axirət kəramətini əta qıl. Rəhmətinə and veririk, ey rəhimlilərin rəhimlisi!"
2015 Jun 03 , 10:08
İctimai şöbə: Baş komandir Kazimeyni bu il İmam Xomeyninin (r.ə) vəfatının ildönümündə Yəmən döyüşçülərinin və qazilərinin də iştirak edəcəyinə işarə edərək dedi: Bu il İslam İnqilabının dahi rəhbəri İmam Xomeyninin (r.ə) vəfatının ildönümündə 1 milyon və 300 min zəvvar iştirak edəcək ki, bunlardan 3 min nəfəri xarici qonaqlardırlar.
2015 Jun 03 , 07:30
İQNA - (Tehran): Şiələrin axırıncı imamı Peyğəmbər (s)-in 12-ci xəlifəsi hicri tarixiylə 255-ci (868-ci miladi ili) ildə şaban ayının 15-də cümə günü İraqın Samirra şəhərində dünyaya göz açmışdır.
2015 Jun 02 , 20:15
İctimai şöbə: Şaban ayının on beşi "Nimeyi Şəban"da (bu il İyul ayının 4-dən 5-nə keçən gecə) Zamanın sahibi Həzrəti Məhdi (ə.f) dünyaya gəlmişdir.
2015 Jun 02 , 19:57
İctimai şöbə: Kərbəla şəhərinin əhalisinin əksəriyyəti öz şəxsi xərcləri hesabına bu müqəddəs şəhəri İmam Mehdinin (ə.f) doğum günü, Şəban ayının 15-də İmam Hüseynə (ə) zəvvar olacaq "müntəzir"lər karivanı üçün hazırlayırlar.
2015 Jun 01 , 23:52
Dini Hövzə Şöbəsi: Ayətullah Üzma Sübhani təkfirçilərin fəaliyyətlərinə işarə edərək dedi: Biz bu gün təkfirçilərin fikri təhdidləri ilə üz-üzəyik. Təkfirçilər cavanların fikri əsaslarını oğrulamaq istəyirlər. Biz təkfirçilərin fikri prinsiplərini cavanlara açıqlamalıyıq ki, biz cavanlarımız onların batil fikirləri ilə tanış olsunlar və onların zəhərli təbliğatlarının qurbanına çevirilməsinlər.
2015 May 27 , 19:38
Beynəlxalq şöbə: İraqın müqəddəs Nəcəf-Əşrəf şəhərinin Cümə Namazı xətibi Höccətul-İslam vəl-müslimin Qəbançi öz çıxışında İŞİD terrorist qruplaşmasını şiələrin dini elmi hövzələr üçün real təhlükə və təhdid sayaraq dedi: İŞİD öz ifrati və radikal təkfirçi təfəkküründən elmi dini hövzələrin əleyhinə istifadə edir.
2015 May 27 , 00:06
Beynəlxalq şöbə: Birləşmiş Millətlər Təşkilatı (BMT) İran İslam Respublikasının yəmənlilərə humanitar yardımı gətirən gəmisinin Cubiti limanında evakuasiya, təxliyə və boşaldılmasını elan edərək, bu yardımın yəmənlilərə çatdırılmasını öz öhdəsinə götürdü.
2015 May 25 , 06:32
Siyasi qrup: Dünya müsəlmanlarının mənəvi dayağı və şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları Quran-Kərimin müsəlmanların fərdi və ictimai həyatlarının bütün sahələrində əsas rola malik olmağının zəruriliyini vurğulayaraq dedi: "Bütün problemlərin həlli Quran hökmlərinin qarşısında əyilmək və təslim olmaq və modern cahiliyyətin önündə dik durmaq, müqavimət göstərmək və bu cahiliyyətin göstərdiyi zorakılığa təslim olmamaqdır".
2015 May 24 , 08:11