IQNA

Həzrəti Məhəmməd (s) filminin bir hissəsi bayramda yayımlanacaq

10:25 - March 15, 2015
Xəbər sayı: 2986213
Tehran(IQNA)_İran kinematoqrafiyasının hazırladığı əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) filminin bəzi hissələri Novruz bayramı ərəfəsində İran telekanallarında nümayiş olunacaq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “islamazeri.az”-ə istinadən verdiyi xəbərə görə, Novruz bayramı ərəfəsində İslam peyğəmbərinin (s) yeni çəkilən filminin bəzi parçaları TV-də yayımlanacaq.
Bu açıqlamanı İranın “Quran” telekanalının müxbiri verib. O qeyd edib ki, “Allahın rəsulu Muhəmməd” filminin rejissoru Məcid Məcidi ilə razılaşaraq filmin bəzi parçalarını Novruz bayramı ərəfəsində müsəlmanlara hədiyyə edilməsinin razılığı əldə edilib. Film Novruz bayramı zamanı İranın “Quran” telekanalında yayımlanacaqdır.

 

captcha