İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Qadınların Quran Hifzi və Dini Elmlər Mərkəzi ilk dəfə eşitməyən qızlar üçün mədrəsə açdı.
Misrin Minya əyalətinin İslami Fondunun təşəbbüsü ilə təsis edilmiş bu mədrəsə eşitməyən qızların bu barədə müraciətindən sonra açılmışdır.
Bu mədrəsə Minya əyalətinin Minya şəhərinin "əl-Ümravi" məscidinin nəzdində təsis edilmişdir.
Mədrəsədə eşitməyən xanımlara işarə dili ilə Quran maarifi, Peyğəmbər sünnəsi, namaz və digər dini məlumatlar öyrədilir.