IQNA

Amerikanın hazırkı hökuməti maksimum təzyiqi davam etdirmək istəyərsə, o da uğursuz qalacaq

20:00 - March 22, 2021
Xəbər sayı: 3489492
İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, Amerikanın sabiq hökumətinin maksimum təzyiq siyasəti uğursuz qaldı. O həzrət vurğulayıblar ki, əgər Amerikanın hazırkı hökuməti maksimum təzyiqi davam etdirmək istəyərsə, o da uğursuz qalacaq.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) SəhərAzəri-yə istinadla xəbər verir ki, Həzrət Ayətullahuluzma Xamenei virtual formada keçirilən fərvərdin ayının birindəki çıxışlarında bildiriblər ki, Amerikanın maksimum təzyiq siyasəti uğursuz qaldı.

O həzrət Trampa işarə ilə deyiblər: O qabaqkı axmaq, maksimum təzyiq siyasətini ona görə planlaşdırmışdı ki, İranı zəif mövqedə qoymuş və İran müzakirə masasına gəlmiş olsun, o da zalımcasına tələbləri zəif İrana qəbul etdirmiş olsun. O, biabırçılıqla hakimiyyətdən getdi; həm özü rüsvay oldu, həm də ölkəsi, amma İslami İran qüdrət və izzətlə dayanıbdır.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə qeyd ediblər: Amerikalılar bilsinlər ki, düşmənin maksimum təzyiqi uğursuz qaldı. Əgər hazırkı hökumət maksimum təzyiqi davam etdirmək istəyərsə, o da uğursuz qalacaqdır.

O həzrət nüvə anlaşması haqda isə belə deyiblər: Ölkənin nüvə anlaşmasının özü və tərəfləri ilkə anlaşma barədəki siyasəti açıq şəkildə elan olunub; bu siyasətdən əsla çıxmayacağıq, zira bu siyasət elan edilib və ümumi razılıq olubdur.

Amerikalılar bütün sanksiyaları ləğv etməlidirlər. Sonra biz bunun doğruluğunu yoxlayacağıq. Əgər sözün əsl mənasında sanksiyalar ləğv edilmiş olarsa, heç bir problem olmadan öhdəliklərə geri dönəcəyik. Biz amerikalıların verdikləri sözü mötəbər saymırıq.

Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, bəzi amerikalılar nüvə anlaşması müqaviləsinə də söz çıxarırlar və deyirlər ki, nüvə anlaşması dəyişməlidir.

O həzrət vurğulayıblar: Bəli, şərait dəyişib, 95 və 96-cı günəş illərindəki şərait kimi deyil, amma bu dəyişiklik Amerikanın deyil, bizim xeyrimizə dəyişibdir. İran 94-cü günəş ilindən bu günədək çox-çox güclü olubdur. Əgər nüvə anlaşması dəyişməlidirsə, onda İranın xeyrinə dəyişməlidir; biz sanksiyaları təsirdən saldıq.

captcha