IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani yeni fərman ilə rəhbərlik etdiyi təşkilatın Əfqanıstandakı təmsilçisini təyin edib.
Höccətul-İslam vəl-müslimin Seyid Hüseyn Alimi Bəlxi bu fərmana əsasən Ümumdünya Əhli-Beyt (ə) Assambleyasını Əfqanıstanda təmsil edəcək.
Seyid Hüseyn Alimi Bəlxi öz ölkəsində siyasi və dini fəaliyyətləri ilə tanınır. O, yeni vəzifəsində Əfqanıstanda yaşayan müsəlmanların, xüsusi ilə də şiə cəmiyyətinin siyasi və sosial durumu ilə maraqlanacaq, onların dini, milli və mədəni problemlərini, hüquq, media və təhsil sahəsində çətinlikləri işıqlandırmağa və Əfqanıstan müsəlmanları ilə beynəlxalq ictimaiyyət arasında əlaqə yaratmağa çalışacaq.
Qeyd edək ki, bundan öncə Ümumdünya Əhli-Beyt (ə) Assambleyasını Əfqanıstanda Höccətul-İslam vəl-müslimin Seyid Rəhmətullah Mürtəzəvi təmsil edirdi. / iqna