IQNA

İslam əleyhinə hissləri gücləndirən hind filmi tənqid edilib

10:47 - March 20, 2022
Xəbər sayı: 3491947
Hindistanda anti-islam əhval-ruhiyyəsinə səbəb olan filmin nümayişi müsəlmanların və insan haqları fəallarının tənqidinə səbəb olub.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Hindistanın baş naziri Narendra Modinin təriflədiyi 170 dəqiqəlik hind dilində film keçən həftə nümayiş olunub.

Film hindu-kəşmirli valideynlərinin (babasının ona dediyi qəzada deyil), üsyançılar tərəfindən öldürüldüyünü öyrənən bir tələbənin hekayəsindən bəhs edir.

Film 1989-cu ildə Hindistan hökumətinə qarşı üsyanı, yüz minlərlə insanın Kəşmiri tərk etmək məcburiyyətində qalmasından bəhs edir. Onların çoxu Kəşmir panditi kimi tanınan hindular idi. Onların az bir hissəsi hələ də Hindistanın Kəşmir müsəlman vadisində yaşayır.

2019-cu ildə Kəşmir bölgəsində xüsusi vəziyyətin aradan qaldırılmasından bəri Modi hökuməti yerli müsəlmanların bölgənin əhali strukturunu dəyişdirmək, onların torpaqlarını və yaşayış vasitələrini talan etməkdən qorxduğu bir sıra tədbirlər görüb.

Tənqidçilər filmin həqiqətlərdən uzaq olduğunu və Hindistanın nəzarəti altında olan Kəşmirdən kənarda olan Hindistan müsəlmanlarını hədəf aldığını deyirlər. Çoxları bu filmi Modinin 2014-cü ildə hakimiyyətə gəldikdən sonra artırdığı dini qütbləşmənin sübutu kimi görür.

Kiberməkanda insanların kinoteatrlarda nifrət dolu şüarlar səsləndirdiyini və müsəlmanlara qarşı zorakılığa çağırışlarını əks etdirən çoxsaylı videolar yayılıb.

Bollivudda işləyən ssenarist Heydəri deyib ki, bir müsəlman kimi "Kəşmir hadisələri" kimi filmlərin insanlar arasında müsəlmanlara qarşı nifrəti qızışdırmasından məyus oluram.

Bir çox tənqidçilər filmdə müsəlmanlara qarşı nifrət nitqini və zorakılığı pisləyib və hökumətin niyə onu hazırlayanlara qarşı tədbir görmədiyini soruşub.

Siyasətçi Kavita Krişnan “Twitter” səhifəsində yazıb: "Kəşmir davasından sonra kinoteatrlarda müsəlmanların soyqırımına çağırışlar edilib. Baş nazir başda olmaqla, rejissorlar, aktyorlar, kino pərəstişkarları bu cür tələbləri dəstəkləyəcəklərmi? Siz cavabı bilirsiniz.

4044009

captcha