IQNA

Ramazanda İslam müəllimlərinin ruhlandırıcı duası

10:06 - April 12, 2022
Xəbər sayı: 3492053
Dua Yaradanla məxluq arasındakı əlaqəni ifadə edən ümumi dini məfhumlardan biridir. Həmçinin Ramazan ayının ən mühüm ayinlərindən biri kimi qeyd olunub. İslam müəllimlərinin dualarının mətnini nəzərdən keçirmək çox ruhlandırıcıdır.

Allah Quranda peyğəmbərlərin və saleh bəndələrinin dualarından sitat gətirmişdir ki, müxtəlif etiqadi mövzularda təfsirçilər bunlara istinad etmişlər. Çox ruhlandırıcı duaların mətnləri də İslam müəllimlərindən nəql olunmuşdur ki, onlar üstün mənəvi mənalara malikdir və Allahla mənəvi əlaqənin gözəl cəhətlərini təsvir edir.

"Əbu Həmzə Somali" duası bu nümunələrdən biridir ki, İmam Səccaddan (ə) nəql olunur və bəndə ilə Allah arasındakı əlaqənin aşiqanə təsvirini vəsf edir. Bu duanın deyən bir tərəfdən insanların əziyyət və ehtiyaclarını ifadə edirsə, digər tərəfdən də Allahın lütf və mərhəmətini ifadə edir. Bu ikisini təsvir edərkən bir növ ruhlandırıcı mənəvi dünyagörüşü təqdim olunur.

"Həmd olsun O Allaha ki, Ondan başqa ümidim yoxdur. Əgər Ondan başqasına ümid bəsləsəydim məni məyus edərdi." Duanın bu hissəsində duanı deyən özünün ən yüksək tərifini və Yaradanına ən böyük ümidini bildirir ki, bu da dindarlığın ən üstün dərəcəsi sayılır.

Bu duanın ilk hissələrində oxuyuruq: " İlahi, Sən doğru danışan və vədləri haqq olansan, buyurubsan ki, Allahdan istəyin, O, sizə rəhmlidir."

"Ey mənim sərvərim! Günahlarımı görəndə qorxuram, amma Sənin böyüklüyünü görəndə həris oluram."

Mübarək Ramazan günlərində bu cür duaları oxumaq, onların mətni ilə danışmaq insanın mənəvi əlaqəsini möhkəmlətməklə yanaşı, onu gündəlik həyatın uğursuzluqlarına, məyusluqlarına qarşı daha da gücləndirir.

Zeynul-Abidin və Səccad (miladi 659-714) kimi tanınan Əli ibn Hüseyn (ə) İmam Hüseynin (ə) oğludur. O, çoxlu fəzilətlərə malikdir. Onun ibadətinə və yoxsullara kömək etməsinə dair çoxsaylı misallar nəql edilmişdir. "Səhifeyi Səccadiyə" və "Əbu Həmzə Somali" duası ondan nəql olunan dua şəklində ən mühüm mənəvi və əqli əsərlərdəndir.

Teqlər: dua ، Mənəviyyat ، insan ، ramazan ، Zeynul-Abidin
captcha