IQNA

Ankara və İstanbul məscidlərində Ramazan kitab sərgisi açılıb

18:59 - April 16, 2022
Xəbər sayı: 3492074
Türkiyənin Ramazan Kitab Sərgisi İstanbul və Ankarada üç məsciddə İslam ədəbiyyatı, incəsənəti və mədəniyyəti daxil olmaqla müxtəlif sahələrdə minlərlə əsərin təqdimatı ilə başlayıb.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, hər il mübarək Ramazan ayında İstanbul və Ankarada kitab sərgisi açılır. Bu sərgidə İslam ədəbiyyatı, incəsənəti və mədəniyyəti də daxil olmaqla, müxtəlif sahələrdə tanınmış yazıçı və alimlərin əsərlərini nümayiş etdirən yüzlərlə nəşriyyat iştirak edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilən 18 günlük kitab sərgisinin məqsədi kitab sevgisini təbliğ etmək, nəşriyyatları, yazıçıları və oxucuları bir araya gətirməkdir.

Türkiyə Diyanət Vəqfi tərəfindən 39-cu dövrəsinə start verilən kitab və mədəniyyət sərgisi ikisi İstanbul, biri Ankara olmaqla üç fərqli məkanda başlayıb. Sərgi aprelin 9-dan 27-dək Ankarada Əhməd Hamdi Aksəki məscidinin həyətində, İstanbulda isə Çamlıca məscidi və Fateh məscidinin həyətində keçiriləcək.

Sərgi epidemiyalara görə 2020 və 2021-ci illərdə keçirilməmişdi.

Bu il sərgi ilk dəfə olaraq xarici dillərdə nəşr olunan nəşrlərə və nəşriyyatlara xüsusi yer ayırıb.

4049273

captcha