"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Nəcəfdəki Qurani-Kərim Mərkəzinin Quran hövzə məsələləri bölməsinin rəhbəri Şeyx Qudamə Əl-Xızrı deyib: "Bu kurslar dini elmlər tələbələrinin Quran sahəsindəki istedad və bacarıqlarını gücləndirmək və gələcəkdə Allahın Kitabına və Əhli-beytə xidmətdə öz rollarını yerinə yetirmələrində müvəffəq olmaları məqsədi ilə keçirilir".
O əlavə etdi: "Bu kurs Nəcəfdə Quran Mərkəzinin binasında keçirilib. Orada təqdim olunan dərslər və mövzular praktiki və nəzəri xarakter daşıyır".
Əl-Xızrı qeyd edib: "Quran elmləri, qiraət qaydaları, vəqf və ibtida (Quran qiraətini saxlamaq və başlamaq), Quran xəttatlığı, səs və ton bu kursda tədris olunan fənlərdəndir. iştirakçılar həmçinin tədqiqat üsulları və tədris üsullarının əsasları ilə tanış olurlar".
Bu kursda iştirak edən tələbələr kursdan razı qaldıqlarını bildirərək, bu proqramın Quran kurslarının tədrisi ilə bağlı bacarıqlarının gücləndirilməsində faydalı və təsirli olduğunu vurğulayıblar.
4139498