IQNA

Misirdə Quran elmləri və Peyğəmbər (s) sünnəsi üzrə milli yarışlar keçiriləcək

9:52 - September 24, 2023
Xəbər sayı: 3494781
CAİRO (IQNA) – Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə Quran elmləri və Peyğəmbər (s) sünnəsi üzrə xüsusən də məscid imamları, təbliğçilər, xətiblər, Quran təlimçiləri və universitetin elmi heyəti üçün milli müsabiqələrin təşkil edildiyini elan edib.

"İQNA", "Qahirə 24"-ə istinadən xəbər verir ki, yarışmalar nazirliyin Quran ayələrinin məna və niyyətlərinin düzgün başa düşülməsi və Peyğəmbər (s) sünnəsinin insanların həyatının prinsipi olması üçün səylərinə uyğun olaraq keçiriləcək.

Bu elanda deyilir: "Misirin Vəqflər Nazirliyi bu müsabiqənin qalibləri üçün 100.000 Misir funt-sterlinqini mükafat olaraq ayırıb".

Misirin Vəqflər Nazirliyi bu yarışların Quran elmləri və hədis elmləri üzrə keçiriləcəyini bildirib. Həmçinin bütün məscid imamlarının, xətiblərin, Quran təlimçiləri və universitetin elmi heyətinin bu yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçə biləcəyini vurğulayıb.

 

Misirin vəqflər nazirliyinin elanına əsasən, bu müsabiqələrin qaliblərinə maliyyə mükafatları ilə yanaşı, bu nazirliyin bir sıra broşürləri və çap edilmiş kitabları da veriləcək.

4170387

captcha