IQNA

Qəzzada gedən müharibə insan haqları müdafiəçilərinin ikiüzlülüyünü ortaya qoyur

8:08 - January 22, 2024
Xəbər sayı: 3495340
İQNA – Küveytli fəal Fələstindəki hazırkı vəziyyəti və sionist rejimin Qəzzaya qarşı soyqırım müharibəsini insan haqları müdafiəçisi kimi iddia edən ölkələr üçün bir ayıb kimi qiymətləndirib.

Dünyanın bir çox ölkələrində ictimai etirazlar və Fələstinlə həmrəylik bəyanatları səslənərkən, insanların vicdanının bu oyanmasının mövcud vəziyyətin dəyişməsinə səbəb olub-olmayacağı sualını verir.

Bu suala cavab vermək və xalqın Qəzzada sionist rejimə qarşı müharibə və mübarizəsini izah etmək üçün Küveyt İnsan Haqları Təşkilatının üzvü və hüquq müdafiəçisi İmran Həsən Əl-Qureyşi, yüzdən çox İslam dünyasının alimlərinni iştirakı ilə keçirilən “Əqsa tufanı və insan vicdanının oyanışı” adlı birinci beynəlxalq konfransın kənarında “İQNA”-ya müsahibəsində, Qərb hökumətlərinin İsrailin Qəzzada fələstinlilərə qarşı vəhşiliklərinə dəstək verməsi onların insan haqlarını müdafiə edərkən ikiüzlülüyünü ortaya qoyur.

Aşağıda müsahibənin xülasəsini təqdim edirik:

İQNA – Sionist rejimin Qəzzada törətdiyi cinayətləri, onun beynəlxalq qınaqlarını və müsəlman xalqların Fələstin xalqı ilə həmrəyliyini nəzərə alaraq, hazırkı vəziyyətdə sionist rejimlə münasibətlərin normallaşmasını necə qiymətləndirirsiniz?

- Son əlli ildə Küveyt hökuməti Fələstin davasına dəstək verir. Bu gün biz bütün İslam və ərəb xalqlarının İslamın yanında olduğunu görürük. Hətta Qərb ölkələrində də Fələstin xalqında vicdan oyanmasının şahidi oluruq. Lakin bəzi rejimlər və hökumətlər öz xalqlarını təmsil etmir və ABŞ və sionist rejimin təzyiqi ilə üzləşərək İsraillə münasibətləri normallaşdırmağa çalışırlar. Bütün bunlara baxmayaraq, İslam ölkələri və bəzi Qərb ölkələri Fələstin xalqını və onun davasını dəstəkləməkdə həmfikirdirlər.

İQNA – Sizcə, bəzi ölkələrin sionist rejimlə münasibətlərinin normallaşması İslam ümmətinin və ərəb xalqlarının vicdanının oyanması ilə nəticələnibmi?

- Münasibətlərin normallaşması nə Fələstin probleminin həlli sahəsində müsbət nəticə verdi, nə də bu ölkə xalqına xeyir verdi. Bu səbəbdən insanlar iddia edilənin əksinə olaraq normallaşmanın qəti əleyhinədirlər. Bunun ən yaxşı şahidi 40 ildən artıqdır ki, işğalçılarla münasibətlərini normallaşdıran, hələ də bu rejimə qarşı çıxan və Fələstin xalqı ilə həmrəy olduğunu dəfələrlə bəyan edən Misir xalqıdır.

İndiki vəziyyətdə münasibətlərin normallaşması müsəlmanlara, ərəb xalqlarına və hökumətlərinə heç bir fayda verməyəcək. Xalqın bu istəyinə hörmət edilməlidir. Dini, humanitar və İslami vəzifə Fələstin xalqının, Qüdsün və Məscidül-Əqsanın yanında olmağı tələb edir. Normallaşma üzərində israr xalqla onların hökumətləri arasında uçurumu artırdı və İslam ölkələrini zəiflətdi.

İQNA – Əl-Əqsa tufanı əməliyyatı Fələstin məsələsi ilə bağlı qlobal məlumatlanmağa necə təsir etdi?

- Əl-Əqsa tufanı əməliyyatı insan haqları və demokratiyanı dəstəklədiyini iddia edən Qərb hökumətlərinin sözləri və hərəkətləri arasında ziddiyyəti ortaya çıxardı. Bütün iddialarına baxmayaraq, onlar sionist rejimin tərəfindədirlər, fələstinli qadın, uşaq və dinc əhalinin qətlində şərikdirlər və məzlum Fələstin xalqının tam mühasirəsində zalım və təcavüzkarların tərəfindədirlər.

Bununla belə, biz beynəlxalq səviyyədə Fələstinə böyük dəstək görürük. Xüsusilə Yəmən xalqı bu işğalçı rejimlə münasibətlərin normallaşmasına və Fələstin xalqının mühasirəyə alınmasına qarşıdır.

4194524

captcha