IQNA

Nyu-yorkda müsəlman günü yürüşü keçirilib

12:14 - September 26, 2016
Xəbər sayı: 3480837
Tehran, 26.09.2016 – ABŞ-ın Nyu-York şəhərində müsəlman günü yürüşü keçirilib.

Nyu-yorkda müsəlman günü yürüşü keçirilib


İQNA, Maide.Az-a istinadən xəbər verir ki, yürüşün əsas şüarı "Allah və ölkə üçün" olub. ABŞ-dakı müsəlman icmalarının iştirakı ilə Manhettanda keçirilən yürüşə qatılanlar, sülh mesajları daşıyan plakatlar və müsəlman ölkələrin bayraqlarını qaldırıblar.

Yürüşə dünyanın bir çox regionundan ABŞ-a mühacirət etmiş müsəlmanlarla yanaşı digər dinlərə mənsub din xadimləri, Nyu-York məclis sədri Melissa Mark Viverito, dövlət müvəkkili Letitia Ceyms də iştirak edib.

Teqlər: nyu-york ، müsəlman ، yürüş ، iqna ، İkna
captcha