IQNA

Daha bir Avropa ölkəsi halal kəsimi qadağan etdi

20:51 - October 29, 2021
Xəbər sayı: 3491082
Yunanıstanın dövlət şurası, bu ölkənin ali inzibati məhkəməsi heyvanların İslam və yəhudi dinləri əsasında kəsimini qadağan edib.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Yunanıstanın dövlət şurası, bu ölkənin ali inzibati məhkəməsi heyvanların İslam və yəhudi dinləri əsasında kəsimini qadağan edib.
 
İddia edilir ki, dini kəsim üsulları ölkənin kəsimlə bağlı tələblərini pozur.
 
Avropa Yəhudi Assosiyasiyasının sədri Menahem Marqolin bu qərara etirazını bildirib və deyib ki, yəhudilərin dini ayinlərinin icrası azadlıqları ən fərqli institutlar tərəfindən Avropada birbaşa hücumlara məruz qalır.
 
Xatırladaq ki, daha öncə Polşa və Belçikada da bu cür dini kəsimlər qadağan edilib.
Teqlər: avropa ، halal ، Yunanıstanın ، İslam ، müsəlman ، quran
captcha