IQNA

Müsəlman kişi Avropada insanları xilas etdi

20:56 - October 29, 2021
Xəbər sayı: 3491083
Vyanada yaşayan iraqlı müsəlman qaçqın nümayiş etdirdiyi fədakarlıqla şöhrət qazanıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Vyanada yaşayan iraqlı müsəlman qaçqın nümayiş etdirdiyi fədakarlıqla şöhrət qazanıb.

Belə ki, o, yerli bayram zamanı insanlara bıçaqla hücum edən canini tutmaqda polisə kömək edib.

36 yaşlı Mustafa Əldori 4 nəfəri bıçaqlayan şəxsi görən zaman xüsusi cəsarət göstərib.

Polisə kömək edərkən Əldori cinayətkara arxadan hücum edib və onu yerə yıxıb ki, polislər onu həbs edə bilsinlər.

Avstriya polisi bəyan edib ki, 35 yaşlı cani psixi xəstədir, heç bir siyasi və ya dini motivi olmayıb.

Müsəlman qəhrəman isə 2 uşaq atasıdır və 2015-ci ildə Vyanaya gəlib.

Teqlər: müsəlman ، İslam ، avropa ، quran ، İraq ، Viyana
captcha