IQNA

Yüzlərlə oruc tutan müsəlman Nyu-Yorkun mərkəzində toplaşıb

14:50 - April 04, 2022
Xəbər sayı: 3492007
Yüzlərlə oruc tutan müsəlman iftar etmək və təravih namazı qılmaq üçün Nyu-Yorkun mərkəzindəki Tayms meydanına toplaşıb.

"İQNA", "Ən-Nəhar"-a istinadən xəbər verir ki, Şənbə günü yüzlərlə müsəlman Nyu-Yorkun Tayms meydanına toplaşaraq ABŞ tarixində ilk dəfə olaraq müqəddəs Ramazan ayının başlanması münasibətilə təravih namazı qılıb.

ABŞ mediasının məlumatına görə, müsəlmanlara müqəddəs Ramazan ayının ilk gününün başa çatması münasibətilə 1500 yemək paylanıb.

Burada iştirak edən müsəlmanlardan biri deyib: "Müsəlmanlar təkcə kasıbların vəziyyətini başa düşmək üçün oruc tutmurlar. Daha doğrusu, onlar oruc tuturlar ki, öz yaradanlarına və Rəbbləri olan Uca Allaha yaxınlaşsınlar.

O, deyib ki, İslamı bilməyənlərə dinimizi tanıtmaq üçün buradayıq. İslam sülh və birlik dinidir, zorakılıqla mübarizə dinidir.

Bu Amerika vətəndaşı deyib ki, Quran ilahi vəhydir. İsa və Musaya nazil olan kimi Peyğəmbərimiz Həzrət Məhəmmədə (s) nazil olmuşdur. Biz hamımız birik. İnsanlar müsəlmanları və xristianları bir-birindən ayırmaq cəhdlərini dayandırmalıdırlar.

4046439

captcha