IQNA

Tunis müftisi dedi:

İxtilaflar fitnə deyil, İslam ümmətinin işlərini asanlaşdırmaq istiqamətində olmalıdır

14:29 - October 03, 2023
Xəbər sayı: 3494822
TEHRAN (IQNA) – Şeyx Hişam ibn Məhəmməd Əl-Muxtar dedi: "Bu gün İslam dünyasının birliyə ən çox ehtiyacı var, çünki dini və fiqhi ixtilaflar əslində Allah tərəfindən müsəlmanların və İslam ümmətinin işlərini asanlaşdırmaq üçün qoyulmuşdur. Bu fərqlər əslində bir nemətdir. Müsəlmanlar arasında fitnə və müharibə üçün istifadə edilməməlidir".

"İQNA", xəbər verir ki, 37-ci Beynəlxalq İslam Birliyi Konfransının ikinci günündə iştirak edən Tunisin müftisi Şeyx Hişam ibn Məhəmməd Əl-Muxtar çıxışına Peyğəmbərə (s) salamlar göndərməklə başladı. Daha sonra Peyğəmbərin (s) mövludunu təbrik edərək bu konfransda iştirak etməkdən məmnunluğunu bildirdi.

Əl-Muxtar daha sonra əlavə edib: "Bu gün İslam dünyasının birliyə ən çox ehtiyacı var, çünki məzhəb və fiqhi fərqliliklər əslində Allah tərəfindən müsəlmanların və İslam ümmətinin işlərini asanlaşdırmaq üçün qoyulub".

Bu fərqlər əslində bir nemətdir və müsəlmanlar arasında fitnə və müharibə üçün istifadə edilməməlidir.

Tunis müftisi Şimali Afrikada həmişə İslamın yayılması və təbliğinin mərkəzi olan məşhur Zeytuniyyə Universitetindən olduğunu bildirib. O, İmam Əlinin (ə) kəlamına işarə edərək, vurğulayıb: "Biz hamımız Allahın Rəsulunu (s) sevirik. Bu sevgi vəfa və sədaqətə səbəb olur. O, həm də birliyə aparır".

O, öz müəllimi Şeyx Məhəmməd Əl-Xocaya və onun İslam elmlərinin təbliği və dirçəldilməsindəki roluna toxunaraq, İran İslam Respublikasına bu konfransı təşkil etdiyinə və İslam vəhdətinin reallaşması istiqamətində çalışdığına görə təşəkkür edib.

4172574

captcha