IQNA

Tunisli akademikin İQNA-ya müsahibəsi:

İslam dünyası Qərbin yumşaq savaşına qarşı ortaq media qurmalıdır

11:07 - October 04, 2023
Xəbər sayı: 3494825
TEHRAN (İQNA) – Tunis Zeytuniyyə Universitetinin ustadı deyib ki, İslam dünyası Qərbin yumşaq müharibəsinə qarşı ortaq media qurumu yaratmalıdır.

Beynəlxalq İslam Birliyi Konfransında iştirak edən tunisli akademik, dini işlər üzrə ekspert və Palermo şəhər məscidinin imam camaatı Bədri Haləfullah Əl-Mədəni konfrans zamanı İQNA-ya müsahibəsində istikbarçı Qərbə qarşı İslam birliyinə nail olmağın zəruriliyini bildirib.

Müsəlmanların kiçik siyasi və ideoloji ixtilafları bir kənara qoyaraq ortaq nöqtələrə diqqət yetirməli olduğunu bildirən tunisli akademik, Qərb ölkələrinin müsəlman dünyasına qarşı media və təbliğat hücumu başlatdıqlarını və buna müsəlman ölkələri tərəfindən ortaq bir media qurumunun yaradılması ilə cavab verilə biləcəyini bildirib.

O, həmçinin İslam dünyasında gənc nəslin birliyinin gücləndirilməsinin vacib olduğunu bildirib.

İran İslam Respublikasının 37-ci İslam Birliyi Konfransında coğrafi sərhədləri azaldacaq və müsəlmanlar üçün ortaq pul vahidinə malik İslam ölkələri birliyinin yaradılması təklifi ilə bağlı suala cavabında Mədəni, bunu müsbət qarşıladığını və ədalətli olduğunu bildirib. Necə ki, Amerika, Amerika Birləşmiş Ştatlarına çevrildi və pərən-pərən düşmüş Avropa, Avropa İttifaqına çevrildi, bu gün İslam dünyasının da buna ehtiyacı var və buna nail olmalıdır.

Mədəni, tərəqqi və uğur əldə etmək üçün İslam ölkələrinin bir-birinin köməyinə ehtiyacı olduğunu və bu məqamda İslam Ölkələri Birliyinin yaranmasının müsəlmanlar üçün çox faydalı ola biləcəyini bildirib.

Tunisli akademik qeyd edib ki, məktəblərdə bir ümmətin danışığı öyrədilməlidir. Həmçinin vəhdət prosesinin gedişatı hər kəsin hər gün çörək bişirib insanlara payladığı çörəkxana kimi olmalıdır.

Bədri Haləfullah Əl-Mədəni İran və Səudiyyə Ərəbistanı arasında son zamanlar münasibətlərin normallaşmasını müsbət hal kimi qiymətləndirib və bunun bütün müsəlmanların xeyrinə olacağını deyib.

37-ci Beynəlxalq İslam Birliyi Konfransı bazar günü Tehranın Zirvə Salonunda İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisinin çıxışı ilə başlayıb. Çərşənbə axşamı, oktyabrın 3-də konfrans iştirakçıların İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşü və bəyannamənin elanı ilə başa çatıb.

4172633

captcha