IQNA

BMT Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb

6:01 - April 21, 2024
Xəbər sayı: 3495815
İQNA – BMT baş katibinin sözçünün müavini Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq, BMT-nin bütün tərəflərdən mötədilliyə riayət etmələrini istədiyini açıqlayıb.

"İQNA", "Fələstinin Səma" xəbər agentliyinə istinadən xəbər verir ki, Ferhan Haq, BMT-nin baş katibi Antonio Quterreşin adından deyib: "Biz cavab tədbirlərini rədd edirik və Yaxın Şərq ölkələrini gərginliyin artmasının nəticələri barədə xəbərdar edirik".

Ferhan Haq BMT-nin hər iki tərəfi mötədilliyə çağırdığını ifadə edərək, Qəzzada humanitar fəlakət olduğunu və fələstinlilərə daha çox yardım göndərilməsi lazım olduğunu bildirib.

O, həmçinin yardımın çatdırılmasında irəliləyiş olmadığını və Qəzzanın şimalına yardımın çatdırılması üçün daha çox əməkdaşlığa ehtiyac duyduqlarını bildirib.

Qəzzə xalqına yardımların göndərilməsi və çatdırılması qarşısındakı bütün maneələrin aradan qaldırılmasını tələb edən Ferhan Haq, Qəzzada atəşkəsin yaradılmasının zəruriliyini vurğuladı.

Qəzzada müharibə 197-ci gününə qədəm qoyub və indiyədək atəşkəs gündəmdə deyil.

Fələstin Səhiyyə Nazirliyinin son statistikasına görə, Qəzza zolağında müharibə başlayandan indiyədək 34 min 12 nəfər şəhid olub, 76 min 833 nəfər yaralanıb. Şəhid olan uşaqların sayı 14 mini, qadınların sayı isə 10 mini keçib.

  4211347

captcha