İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ilk dəfə olaraq Misirin Port Səid şəhərində Qurani-Kərimin hifzi və dini ibtihal (münacat) üzrə beynəlxalq yarışlar keçirilir.
Misirin Port Səid əyalətində keçirilən bu beynəlxalq Quran yarışlarında 11 Ərəb ölkəsi iştirak edir.
Yarışlar keçən həftənin Cümə günü, 16 Mart 2018-ci il tarixində başlayıb. Açılış mərasimində Port Səid əyalətinin valise Adil Qəzban və digər rəsmi məqamlar iştirak ediblər. Mərasim Quran qiraəti, ibtihal və qonaqların çıxışı ilə başlayıb.
Bu yarışlar Misrin tanınmış qarisi mərhum Şeyx Məhəmməd Rüfətin adına keçirildiyi üçün mərasimdə onun ailəsi təqdir edildi.
Port Səid Quran yarışlarının “Qızıl Səda” mükafatını əldə edən iştirakçıya 2 min dollar mükafat veriləcəkdir.