İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınların İşi Üzrə Ali Komissarlığı (UNHCR) bəyaniyyə yayaraq elan edib ki, 2018-ci ilin ilk ayından indiyədək Aralıq dənizində mindən çox miqrant boğularaq həlak olub.
Filip Grand (Philippe Grande) - Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınların İşi Üzrə Ali Komissarı, bu bəyaniyyə vasitəsi ilə elan edib: Dənizdən canını salamat qurtaranların söylədiklərinə görə, keçən günlər ərzində Avropa ölkələrinə getmək istəyən 220 mühacir və miqrant Aralıq dənizində boğularaq həyatını itirib. Beləliklə cari ilin Yanvar ayından indiyədək bu dənizdə boğulanların sayı 1000 nəfəri keçmiş oldu.
Bəyaniyyədə Liviyada bir dəstə mühacirin dəniz sularında batması barədə təəssüf hissi keçirdiyini deyən ali komissar vurğulayıb ki, BMT bu barədə təcili və ciddi tədbirlər görməli və dənizdə təhlükəyə düşənlərin xilas edilməsi üçün xilasetmə işlərini gücləndirməlidir.
Qeyd edək ki, Liviyada 2011-ci ildə Müəmmər Qəzzafinin devirilməsindən sonra hərc-mərclik baş alıb gedir. Hazırda bu ölkədə iki dövlət vardır: Milli Vifaq dövləti və ölkənin şərqindəki Təbriq dövləti. Ölkədki sabitsizlik bais olub ki, Avropa dövlətləri ilə 300 km.-dən az dəniz fasiləsi olan Liviya qaçaqçıların meydanına çevirilsin.
http://iqna.ir/fa/news/3724424