İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı qurbanları ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib.
Maide.Az "İRNA"-a istinadla xəbər verir ki, terror aktı qurbanlarınn dəfn günü milli matəm günü elan olunub. Məlumata görə, terror aktına görə məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqədə olan "Əl-Əhvazın" hərəkatı üzərinə götürüb. Terrorçuların parad iştirakçılarını atəşə tutması nəticəsində 28 nəfər həlak olub, daha 60 nəfər yaralanıb.